Bizim oteldə olarkən mütləq bizim gözəl restoranımıza buyurun. İkimərtəbəli restoranın eleqant dizaynı və xoş atmosferi var. Hər həftə-sonu restoranın böyük səhnəsində konsert proglamları keçirilir. Restoranın hər bir yerindən səhnəyə gözəl görünüş var.
Siz həmçinin kokteyl-barda kokteyllər və müxtəlif içkilər sifariş edə bilərsiniz. Pabda televizora baxarkən, və ya bilyard oynayarkən pivə içə bilərsiniz.
Bizim restoranın menyusundan həm azərbaycan, həm də Livanlı aşpazın hazırladığı beynəlxalq mətbəxlərin ləzziz yeməklərindən sifarish edə bilərsiniz. Və əlbəttə ki, Livanlı kulinarın hazırladığı şirniyyatlardan dadmağı unutmayın.
Restoranın çox modern işıq və audio sistemi var. Əgər bizim restoranda ad günü, toy məclisi və ya hər hansı bir şənlik keçirmək istəsəniz, biz məmnuniyyətlə Sizə gözəl xidmət, yeməklər və içkilər, xoş atmosfer təmin edərik.
|
|
|
 |
 |
 |
|